Dünya futboluDünya cempionatı

DÇ-2026: Portuqaliya millisinin qarşısına qoyulan hədəf açıqlandı

Portuqaliya Futbol Federasiyası (FPF) milli komandanın məqsədinin Dünya Kubokunun finalına çıxmaq olduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə “The Touchline” sosial media hesabında məlumat verib.

Cari seçmə mərhələdə Roberto Martinesin rəhbərlik etdiyi Portuqaliya altı oyunda 13 xal toplayaraq F qrupunda birinci yeri tutdu. Komandanın bu mərhələdəki rəqibləri Macarıstan, İrlandiya və Ermənistan idi.

Bu, Portuqaliyanın Dünya Kubokunda ardıcıl yeddinci dəfə iştirak etməsi deməkdir. 2026-cı il turniri 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Aut.az