Dünya cempionatıDünya futbolu

Sözlə ifadə edilə bilməz: Komandanı ona görə qurublar

Argentina yığmasının və “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister Əlcəzair üzərində 3-1 hesablı qələbə barədə danışıb.

Aut.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin sözlərinin Argentina millisinin “ X” şəbəkəsindəki rəsmi səhifəsi sitat gətirib:

“Bu nəticəni gözləyirdik, çünki bu qələbə bizim üçün çox vacib idi. Əvvəlki Dünya Çempionatına pis başlamışdıq, amma sonda çempion olduq. Bu dəfə turnirə qələbə ilə başlamağı bacardıq.

Əlcəzairli oyunçuların yaxşı keyfiyyətlərə malik olduğunu bilirdik. Bəzi personal problemləri və zədələrə baxmayaraq, oyunumuzu inkişaf etdirmək və Dünya Kubokuna ən yüksək formada hazırlaşmaq üçün vaxtımız oldu. Ümid edirəm ki, bu, bizim üçün uğurlu bir turnir olacaq”, – Makkallister deyib.

Argentinalı yarımmüdafiəçi Əlcəzairə qarşı matçın qəhrəmanına çevrilən Lionel Messinin oyununa heyranlığını bildirib.

“Messi sözlə ifadə edilə bilməz. Aydındır ki, Leo hamımızdan ən vacib oyunçudur. Komandanı elə qurmağa çalışdıq ki, o, özünü mümkün qədər rahat hiss etsin”, – Makkalister bildirib.

Messi Dünya Kuboklarında vurulan qolların sayına görə Miroslav Klozenin rekorduna çatıb. Hər iki oyunçunun hazırda 16 qolu var.

Aut.az