İtaliya

İtaliya futbolunun yeni rəhbəri bəlli oldu

Covanni Malaqo İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti seçilib.

Aut.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Bu vəzifədə 67 yaşlı Malaqo səkkiz il FIGC-yə rəhbərlik etmiş və İtaliya komandasının ardıcıl üçüncü dəfə Dünya Kubokuna vəsiqə qazana bilməməsindən sonra istefa vermiş Qabriele Qravinanı əvəz edəcək.

Malaqo səslərin 68,58%-ni (343.084), Cankarlo Abete isə 29,17%-ni (145.936) toplayıb.

Bundan əlavə, bülletenlərin 2,25%-i boş olub. Malaqo 2013-cü ildən 2025-ci ilə qədər İtaliya Olimpiya Komitəsinin (CONI) prezidenti vəzifəsində çalışıb və 2026-cı il Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib. 2019-cu ildən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür.

Aut.az