“Milan” ulduzunu ərəblərə satır: Bu qiymətə
“Milan”ın müdafiəçisi Teo Ernandes “Əl-Hilal”a keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Onun bildirdiyinə görə, italiyanlar 27 yaşlı fransız futbolçunun Səudiyyə Ərəbistanı klubuna 30 milyon avroya transferinə razılıq veriblər. Futbolçunun özü isə “Milan”da aldığı məvacibdən dörd dəfə artıq maaş alacaq.
Yaxın iki gün ərzində yekun qərarın veriləcəyi gözlənilir.
Geridə qalan mövsümdə Ernandes 49 oyunda iştirak edib, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.
