İlk təklifi rədd edilən “Liverpul” “tası” qaldırır
“Liverpul” “RB Leyptsiq”in cinah oyunçusu Yann Diomande ilə müqavilə imzalamaqda israrlıdır.
Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, mersisaydlılar əvvəlki 100 milyon avroluq təklifi rədd edildikdən sonra Fil Dişi Sahili millisinin üzvü üçün yeni bir təklif irəli sürəcəklər.
Alman klubu, aparıcı klubların marağına baxmayaraq, oyunçunu növbəti mövsüm üçün saxlamaq istəyir. Futbolçunun özü isə getmək istəyir.
Diomande son Bundesliqa mövsümündə 33 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.
Aut.az
