Mahaçev məşhur frazasından danışdı: Cokoviç də məni görəndə dedi ki…
Yarımağır çəkidə hazırkı UFC çempionu, 34 yaşlı İslam Mahaçev məşhur ifadəsinin populyarlığından danışıb.
Aut.az xəbər verir ki, İslamın “uşağı iki və ya üç il müddətinə Dağıstana göndərin və unudun” ifadəsi bütün dünyada ulduzlar arasında trend olub.
“Kimlə görüşsəm, istənilən səviyyədə olan istənilən futbolçu ilə, bu haqda soruşur. Hətta Novak Cokoviçlə görüşəndə, o da bu frazanı səsləndirdi.
PSJ-nin paltardəyişmə otağında mənə dedilər: “Hey, onu iki-üç il Dağıstana apar”. Boksçu Coşua yanıma gəlir və deyir: “Hey, mən üzərində “iki-üç il Dağıstanda” yazısı olan bir forma hazırlatdırmaq istəyirəm. Olar?” Dedim ki, əlbəttə olar”, – Mhxaçev “adam zubayraev” YouTube kanalında bildirib.
Aut.az
