BasketbolDünya cempionatı

Donçiç DÇ-2026-da kimə azarkeşlik edir?

Kaliforniyanın “Los Angeles Lakers” komandasında oynayan 27 yaşlı sloveniyalı ulduz Luka Donçiç hazırda Amerikada keçirilən Dünya Kubokunda hansı komandalara azarkeşlik etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Donçiç bu barədə mətbuat konfransında bildirib:

“Bəli, əlbəttə ki, izləyirəm. Amma təəssüf ki, səfir olsam da, oyunları şəxsən izləmək üçün ora gedə bilməyəcəyəm. Ancaq televiziyada. Bəli, həmişə futbol izləyirəm.

Favorit komandam? Bəlkə də Braziliya və ya İspaniyanı dəstəkləyirəm. Amma favorit komandam yoxdur. Yaxşı oyunları dəstəkləyirəm”.

Aut.az