Rusiya həbsxanasında yatmış amerikalı qadın Parisdə “qızıl” qazandı
Paris-2024-də ABŞ komandası Fransa yığmasını 67:66 hesabı ilə məğlub edərək qadınlar arasında basketbol turnirinin qalibi olub.
Aut.az xəbər verir ki, ABŞ yığmasının heyətində Rusiya həbsxanasında təxminən bir il yatmış “Feniks”in basketbolçusu Brittni Qrayner də olub.
Xatırladaq ki, Qrayner 2022-ci ilin fevralında Şeremetyevo hava limanında Rusiyada dövriyyəsi qadağan olunmuş həşiş yağı olan elektron siqaretləri daşıdığına görə həbs edilib.
Oktyabrda o, 9 il müddətinə azadlıqdan məhrum edilib, dekabrda isə Viktor Butun müqabilində həbsdən azad edilib.
Aut.az
