Tarixə düşdü: Bunu bacaran 5-ci oyunçu oldu
NBA-nın müntəzəm mövsüm matçında “Denver Naggets” “Dallas Mevriks” ilə qarşılaşıb.
Aut.az xəbər verir ki, görüş Dallas təmsilçisinin 123:120 hesablı qələbəsi ilə başa çatıb.
“Naggets”in məğlub olmasına baxmayaraq, matçın ən yaxşı oyunçusu 33 xal, 17 ribaund və 10 məhsuldar ötürmə verən komandanın mərkəzi Nikola Jokiç olub.
NBA mətbuat xidmətinin məlumatına görə, serb basketbolçu liqa tarixində ardıcıl üç oyunda 30+ xalla tripl-dabl edən yalnız beşinci oyunçu olub. Ondan əvvəl bunu yalnız Oskar Robertson, Rassel Vestbruk, Maykl Cordan və Luka Donçiç bacarıb.
Aut.az
