Montella onları təbrik edib
Türkiyə millisinin müdafiəçisi Merih Demiral komandasının Dünya Kubokunda mübarizəni dayandırması ilə bağlı fikirlərini bildirib.
Aut.az xəbər verir ki, müdafiəçi “TRT Spor”a bildirib: “Montella bizi təbrik etdi, o da çox məyus olub, amma bütün komandanın mübarizəsindən məmnundur. İki matçda qapıya 75 zərbə vurduq – qol olmursa, olmur”.
Xatırladaq ki, Türkiyə Avstraliyaya (0:2) və Paraqvaya (0:1) məğlub oldu və qrup mərhələsinin bitməsinə bir tur qalmış pley-offa çıxmaq şansını itirdi.
Müxtəlif mənbələr Türkiyənin baş məşqçisi Vinçentso Montellanın komandanın Dünya Kubokundan qayıtdıqdan dərhal sonra qovulacağını bildirir.
Aut.az
