Poçettino tarixə düşdü
2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində ABŞ və Avstraliya milliləri qarşılaşıblar.
Aut.az xəbər verir ki, D qrupunun oyunu amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. ABŞ millisi ilk turda da Paraqvayı 4:1 hesabı ilə məğlub etmişdi.
Beləliklə, ABŞ yığmasının baş məşqçisi Mauritsio Poçettino 1930-cu ildən bəri dünya çempionatında ardıcıl iki oyunda qələbə qazanan ilk ABŞ milli komandasının çalışdırıcısı kimi tarixə düşüb.
Qeyd edək ki, ABŞ millisi ilk iki turdan sonra 6 xal toplayıb və vaxtından əvvəl pley-off mərhələsinə vəsiqəni təmin edib. Avstraliya və Paraqvay üzərində qələbələr sayəsində komanda D qrupunda lider mövqedə qərarlaşıb.
Aut.az
