Portuqaliyanın baş məşqçisi ərəblərlə danışıq aparır
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə danışıqlara başlayıb.
Aut.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb. İspaniyalı mütəxəssisin Portuqaliya Futbol Federasiyası ilə müqaviləsi DÇ-2026-dan sonra başa çatır.
Klub 2025/2026 mövsümündə “Əl-Nəsr”i Səudiyyə Ərəbistanı çempionluğuna aparan portuqaliyalı məşqçi Xorxe Jesusun gedişindən sonra yeni baş məşqçi axtarışına çıxıb. Martines əsas namizədlərdən biri hesab olunur.
Mütəxəssis 2023-cü ilin yanvar ayından Portuqaliya milli komandasını çalışdırır. 2026-cı il Dünya Kubokunda Portuqaliya K qrupunda oynayır və iyunun 17-də ilk turda Konqo Demokratik Respublikası ilə 1-1 hesablı heç-heçə edib. Roberto Martinesin komandası növbəti oyununu iyunun 23-də Özbəkistana qarşı keçirəcək.
Aut.az
