Moskva nəhəngi Əmirhüseyni aldı: 3-cü diviziondan – FOTO
CSKA Moskva İranın KİA klubunun müdafiəçisi Əmirhüseyn Rivandini almaq opsiyonu ilə icarəyə götürüb.
Aut.az xəbər verir ki, bundan əvvəl 19 yaşlı Rivandi ordu klubunda baxışda olub.
Əmir Rivandi sol cinah müdafiəçisi və sol yarımmüdafiəçi mövqelərində oynaya bilər. Qeyd edək ki, onun klubu KİA İranın üçüncü divizionunda çıxış edir.

Aut.az
