Həmyerlisindən Vengerə zərbə: Klopp ondan yaxşıdır
“Çelsi”, “Arsenal” və “Monako”nun keçmiş yarımmüdafiəçisi Emmanuel Petit ” Liverpul”un baş məşqçisi Yurgen Klopla vaxtilə “topçular”ı çalışdırmış Arsen Vengeri müqayisə edib.
Aut.az xəbər verir ki, Petit üstünlüyü həmyerlisnə yox, almana verib.
“Düşünürəm ki, Kloppun Vengeri üstələdiyini deyə bilərsiniz, çünki o, Premyer Liqa və Çempionlar Liqası, İngiltərə Kuboku və Liqa Kubokunu qazandı və bu, öz sözünü deyir.
Venger Premyer Liqanı üç dəfə qazandı və hamı o mövsümü məğlubiyyətsiz xatırlayır, lakin Arsenin rəhbərlik etdiyi “Arsenal” finalda “Barselona”ya uduzaraq Çempionlar Liqasını qazanmaq şansını əldən verdi”, – Britaniyanın “Mirror” onlayn nəşri Petitdən sitat gətirib.
Xatırladaq ki, Yurgen Klopp cari mövsümün sonunda Mersisayd klubundan ayrılacağını açıqlayıb.
Aut.az
