Dünya cempionatıDünya futbolu

Mbappe onun rekordunu qıracağına inanır: Azərbaycanla oyunda da ola bilər

Fransa yığmasının kapitan Kilian Mbappe millinin sabiq hücumçusu Olivier Jirunun tığmadakı qol rekordunu qıra biləcəyinə inanır.

Aut.az xəbər verir ki, hazırda Mbappenin hesabında 52, Jirunun hesabında isə 57 qol var. Oktyabrın 10-da Fransa dünya çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq. “Kiməsə qol vura bilərəm” deyəndə heç bir tabu pozmuram. Hər matçın öz reallığı var. Azərbaycan Ukrayna ilə heç-heçə etmiş komandadır. Bu matçda mərc yalnız qol vurmaqdan daha yüksəkdir, baxmayaraq ki, bundan vaz keçmək fikrində deyilik.

Düşünürəm ki, Jirunun rekordunu qıracam, amma nə vaxt bilmirəm. Bəlkə sabah, kim bilir? Bəlkə sonra. Bu, təbii olaraq baş verəcək və mən irəliləməyə davam edəcəyəm”, – “Goal” Mbappenin sözlərini sitat gətirib.

Aut.az