Hamı gördü: Həmin vaxt ağlamağından danışdı
“Böyük Dəbilqə”nin ikiqat çempionu və dünya tennisinin 4 nömrəsi Kori Qauff kortda sonuncu dəfə nə vaxt ağladığı barədə danışıb.
Aut.az xəbər verir ki, “We Love Tennis” jurnalı Koridən sitat gətirib:
“Tennis məni sonuncu dəfə ABŞ Açıq Çempionatında Donna Vekiçə qarşı oyunda ağlatmışdı. Elə meydanda ağladım – hamı bunu gördü. Düşünürəm ki, o zaman çox böyük təzyiq hiss edirdim.
Amma ümumilikdə, bunun baş verdiyinə görə həqiqətən şadam: düşünürəm ki, insanlar idmançının nə qədər həssas ola biləcəyini gördülər.
Üstəlik, özümü sakit, təmkinli bir qadın kimi təsəvvür etmişəm. İnsanların mənim haqqımda belə danışmasını xoşlamıram – bu, doğru deyil. Ona görə də özümün bir az fərqli tərəfini göstərməli idim. Amma bu hissləri yenidən yaşamaq istəməzdim”.
Aut.az
