Mourinyo argentinalı ulduzun transferini tələb edir
“Real Madrid” artıq Bernardo Silva da daxil olmaqla bir neçə oyunçu ilə müqavilə imzalayıb.
Amma Madrid klubunun yarımmüdafiə xəttini gücləndirmək planı hələ də davam edir.
Aut.az xəbər verir ki, “Marca”nın verdiyi məlumata görə, “kral klubu”nun baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Entso Fernandesin transferini tələb edib.
“Çelsi” ilin əvvəlində Entso Fernandes üçün 121 milyon avro ödəyib. 25 yaşlı futbolçunun London klubu ilə 2032-ci ilin ortalarına qədər uzunmüddətli müqaviləsi var.
“Transfermarkt” Fernandesi 90 milyon avro dəyərində qiymətləndirir.
Aut.az
