Məhəmməd bin Sulayem təsdiqlədi: O mühərrik qaytarılır
FIA prezidenti Məhəmməd bin Sulayem V8 mühərriklərinin Formula 1-ə qaytarılması ilə bağlı artıq qərar verildiyini və istehsalçıların bu ideyanı dəstəklədiyini bildirib.
Aut.az xəbər verir ki, “FormulaPassion” Ben Sulayemdən sitat gətirib:
“V8 mühərriki ilə bağlı qərar artıq verilib. Onun təqdimatı 2031-ci ilə planlaşdırılır, lakin biz bu prosesi sürətləndirməyi və bu güc qurğusunu 2030-cu ildə təqdim etməyi hədəfləyirik. Hibrid olacaq, amma o, yüngül və sadə olacaq.
Mən mürəkkəbliyə qarşı mübarizə aparıram. Turbomühərrikin istifadəsi çəki və xərclərin artması ilə nəticələnir. Mənə tamaşaçılar üçün sadəlik, xərclərə nəzarət və əyləncə lazımdır.
Altı mühərrik istehsalçısı ilə məsləhətləşdik: onlar da yüngül çəkiyə və sadəliyə üstünlük verirlər və mühərrikin qiymətini 15 milyon avrodan təxminən 700.000 avroya endirmək istəyirlər. Mən də turbomühərrikdən imtina etməyə meylliyəm.
FIA ilə “Liberty Media” arasında maraqların toqquşması olacaqmı? Səlahiyyət müddətinin əvvəlində çempionatın sahibi kimi Federasiya ilə FOM kimi yaxşı bir promouter arasında münasibətləri aydınlaşdırmaq lazım idi. Bir neçə il əvvəl bir şey çatışmırdı. Bu gün isə bir-birimizə hörmət edirik”.
Aut.az
