Zidan və oğlu tarixə düşdü
ABŞ-da keçirilən 2026-cı il dünya çempionatının qrup mərhələsində Argentina ilə qarşılaşan Əlcəzair millilsinin start heyətində qapıçı Luka Zidan də yer alıb.
Aut.az xəbər verir ki, o, Fransa millisinin əfsanəvi yarımmüdafiəçisi Zinəddin Zidanın oğludur.
Jurnalist Aleksis Blazkuesin məlumatına görə, Lukanın Əlcəzair millisinin heyətində meydana çıxması dünya çempionatları tarixində ata və oğulun fərqli milli komandaların formasında çıxış etdiyi dördüncü hadisə olub.
Beləliklə, Luka Zidan dünya çempionatları tarixində atasından fərqli ölkənin millisində çıxış edən nadir futbolçular sırasına daxil olub.
Həmin siyahı belədir:
- Vladimir Vayss — Vladimir Vayss (oğul). (Çexoslovakiya, 1962 → Slovakiya, 2010)
- Vandrille Lefevre Vantolra — Vantolra (oğul). (İspaniya, 1962 → Meksika, 1970)
- Mazinyo — Tyaqo Alkantara (Braziliya, 1990 → İspaniya, 2014)
- Zinəddin Zidan — Luka Zidan (Fransa, 1998 → Əlcəzair, 2026)
Aut.az
