Messi DÇ-2026-da meydana xüsusi emblemlə çıxdı: Səbəb nədir? – FOTO
2026-cı il dünya çempionatının qrup mərhələsi çərçivəsində Əlcəzair ilə oyuna Argentina millisinin kapitanı Lionel Messi oyuna (3:0) xüsusi nişanla çıxıb.
Aut.az xəbər verir ki, Onun formasında “İrs” (“Legacy”) yazısı olan xüsusi emblem yer alıb.
FİFA bu mundialda belə nişanı yalnız üç futbolçuya təqdim edib. Onlar Argentina millisinin kapitanı Lionel Messi, Meksika yığmasının qapıçısı Gillermo Oçoa və Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldodur.
Hər üç futbolçu karyerasında altıncı dəfə dünya çempionatında iştirak edir. Daha əvvəl futbol tarixində heç bir oyunçu bu göstəriciyə nail ola bilməyib.

