Dünya futboluDünya cempionatı

Cənubi Koreya yığmasındakı qalmaqalla bağlı federasiya bəyanat yaydı

Cənubi Koreya milli komandasında jurnalistlərin milli komanda oyunçularına qarşı nalayiq ifadələr işlətdiyi qalmaqal barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, Cənubi Koreya Futbol Federasiyası oyunçuları müdafiə etmək qərarına gəlib və xüsusi bir açıqlama yayıb:

“Jurnalistlər arasında bu cür müzakirələr qəbuledilməzdir və komandanın oyunçuları da daxil olmaqla hər kəsi məyus edir. Biz jurnalistlərin işinə və medianın əhəmiyyətinə hörmətlə yanaşırıq, lakin onların işi etik standartlara uyğun olmalıdır”.

Aut.az