Mbappedən xəbər var: Oynaya biləcək?
“Real”ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda “Zalsburq”a qarşı keçiriləcək oyunda iştirak edə biləcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Serxio Kirante məlumat verib.
26 yaşlı fransalı futbolçu iyun 18-də baş tutan 1-ci turun “Əl-Hilal”la matçını (1:1) buraxmışdı. O, bağırsaq infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Bir neçə saat sonra xəstəxanadan buraxılan Mbappe komandanın məşq düşərgəsinə qayıtmışdı.
“Zalsburq” – “Real” oyunu iyunun 27-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
Aut.az
