İspaniya

“Real” onunla müqaviləni uzatdı

İspaniyanın “Real Madrid” klubu alman müdafiəçi Antonio Rüdiger ilə müqavilənin müddətini uzadıb.

Aut.az xəbər verir ki, bu gün, 16 iyun tarixində, 33 yaşlı Rüdiger “Los Blancos”la 2027-ci ilin iyun ayına qədər yeni müqavilə imzalayıb.

Ötən mövsüm Antonio Rüdiger “Real Madrid”də 26 oyun keçirib və 1 qol vurub. “Transfermarkt” onu 6 milyon avro dəyərində qiymətləndirir.

Aut.az