Stenli kubokunun qalibi bəlli oldu
“Karolin”a Milli Hokkey Liqasında (NHL) Stenli Kubokunun qalibi olub.
Aut.az xəbər verir ki, final seriyasında komanda “Veqas”ı 4-2 hesabı ilə məğlub edərək çempionluğu təmin edib.
Seriyanın həlledici altıncı oyununda “Karolina” səfərdə 3-0 hesablı qələbə qazanıb.
Bu, “Karolina”nın tarixində ikinci Stenli Kubokudur. Onların əvvəlki qələbəsi 2006-cı ildə olmuşdu.
“Veqas” 2023-cü ildə NHL çempionluğunu qazanmışdı.
Aut.az
