Honq Konqda Azərbaycanı “Odlar Yurdu” təmsil edəcək
17-22 iyun tarixlərində Honq Konqda şahmatın rapid və blits növü üzrə komandalar arasında dünya çempionatı keçiriləcək.
Aut.az xəbər verir ki, Azərbaycanı yarışda “Odlar Yurdu” komandası təmsil edəcək.
“Odlar Yurdu” komandasına dəvət olunan şahmatçılar: Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov. Rauf Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirəcək.
Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova dünya çempionatında baş hakimin müavini olacaq.
Qeyd edək ki, qaydalara əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidir.
