DÇ-2026-da vurduğu qolu niyə qeyd etməyib? – Səbəbi atası imiş…
İsveç millisinin futbolçusu Yasin Ayari 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Tunis yığmasının qapısına vurduğu ilk qoldan sonra sevincini nümayiş etdirməyib.
Aut.az xəbər verir ki, bunun səbəbi məlum olub.
Məsələ ondadır ki, Yasinin atası tunisli olduğundan futbolçu tarixi vətəninə hörmət əlaməti olaraq qolunu qeyd etməməyi seçib.
Xatırladaq ki, F qrupunun ilk turunda İsveç Tunisi 5:1 hesabı ilə məğlub edib.
Bu qrupda Niderland və Yaponiya milliləri də mübarizə aparır. Həmin komandalar arasında keçirilən oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Aut.az
