Dünya rekordunu yenilədi
Sinqapurda keçirilən Üzgüçülük üzrə Dünya Kubokunun üçüncü mərhələsində amerikalı Reqan Smit 100 metr məsafəyə arxası üstə üzmə üzrə dünya rekordu müəyyənləşdirib.
Aut.az xəbər verir ki, idmançı məsafəni 54,27 saniyəyə qət edib. O, oktyabrın 25-də Cənubi Koreyanın İncheon şəhərində keçirilən Dünya Kubokunun ikinci mərhələsində müəyyən edilmiş öz rekordunu (54,41) üstələyib.
Qeyd edək ki, Smitin 22 yaşı var. O, ikiqat Olimpiya çempionudur.
Aut.az
