Levandovski bu klubla danışıqlar aparır
Polşalı hücumçu Robert Levandovski agentləri ilə birlikdə ABŞ-ın “Çikaqo Fayr” klubu ilə danışıqlara başlayıb.
Aut.az xəbvər verir ki, bu barədə tanınmış jurnalist Tomaş Vlodarçik məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yaxın günlərdə futbolçu Amerika klubunun rəhbərliyi və məşqçilər korpusu ilə görüşəcək, həmçinin komandanın bazasına baş çəkəcək. Bundan sonra tərəflər maliyyə məsələlərinin müzakirəsinə başlayacaqlar.
Levandovski son dörd mövsümü “Barselona”da keçirib. 37 yaşlı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti iyun ayında başa çatır və tərəflər əməkdaşlığı davam etdirməyəcəklər.
Təcrübəli forvard ötən mövsüm bütün turnirlərdə 46 oyunda iştirak edib, 19 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
