Premyer Liqanın nəhəngləri onun üçün yarışır: Yayda azad agent olacaq
İngiltərə Premyer Liqasının 7 klubu “Lill”in hücumçusu Conatan Devidi transfer etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “The i Paper” məlumat yayıb.
Sözügedən klublar “Nyukasl”, “Tottenhem”, “Vest Hem”, “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Liverpul”dur. Mənbənin sözlərinə görə, artıq bu klubların hamısı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Qeyd olunur ki, “Lill”lə müqaviləsi bu yay başa çatacaq 25 yaşlı forvardın xidmətində “Barselona”, “Atletiko”, “İnter” və “Yuventus” da maraqlıdır.
“Lill” kanadalı futbolçu ilə yeni müqavilə imzalaya bilməsə, yayda anlaşdığı kluba azad agent kimi keçə biləcək.
Qeyd edək ki, Devid 2020-ci ildən Fransa təmsilçisində də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 41 oyun keçirib, 23 qol vurub və 10 məhsuldar ötürmə edib.
Aut.az
