Qvardiola onun müqaviləsi haqda: Mənim işim deyil
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Kevin De Bruynenin müqaviləsi ilə bağlı vəziyyətdən danışıb.
33 yaşlı belçikalının “şəhərlilər”lə müqaviləsi gələn ilin yayında başa çatır. Bu mövsüm yarımmüdafiəçi klubda 17 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Bütün suallar kluba verilməlidir. Bu mənim işim deyil. Onun mövsümün qalan hissəsində necə oynayacağını, yaşını və bir çox başqa şeyləri nəzərə almalısan. Klub bu barədə düşünməlidir”, – Qvardiola cümə günü mətbuat konfransında deyib.
Aut.az
