Qrizmannın nömrəsi ona verildi
Fransa millisinin hücumçusu Usman Dembele millidəki nömrəsini dəyişib.
Aut.az xəbər verir ki, PSJ-nin forvardı əvvəllər Antuan Qrizmanna məxsus olan 7 nömrəni geyinəcək.
Xatırladaq ki, 33 yaşlı Qrizmann Fransa millisindəki karyerasını başa vurub. 27 yaşlı Dembeleyə gəlincə, o, əvvəllər millidə 11 nömrə ilə çıxış edib.
Fransa millisi Millətlər Liqasının 3-cü turu çərçivəsində oktyabrın 10-da Budapeştdə İsrailə qarşılaşacaq.
Aut.az
