Dünya futboluDünya cempionatı

ABŞ polisindən İngiltərənin başına gələnlərlə bağlı açıqlama: Həbs olunanlar var

Missuri ştatının Kanzas-Siti şəhəri polisi İngiltərə milli komandasının qarət edilməsi ilə bağlı araşdırma apardığını təsdiqləyib.

Aut.az xəbər verir ki, “Sky News” müxbiri Rob Harris polis rəsmilərinə istinadən bildirib:

“Bu axşam Kanzas-Sitiyə gələn komandanın nəqliyyat vasitəsindən avadanlıqların oğurlanması ehtimalını araşdırırıq. İstintaq davam edir. Əlavə araşdırma aparılana qədər iki maraqlı şəxs saxlanılıb”.

Oğurlanan əşyalar arasında komanda liderləri Harri Keyn və Cud Bellinqemin butslarının da olduğu bildirilmişdi. Bundan əlavə, komanda məşq toplarının demək olar ki, hamısını itirib, yalnız biri qalıb. İngiltərə Dünya Kubokunda ilk oyununu 17-18 iyun gecəsi Xorvatiyaya qarşı keçirəcək.

Aut.az