Ronaldo penaltini qaçırdı, komandası kubokda mübarizəni dayandırdı – VİDEO
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 finalında “Əl-Taavon”a evdə məğlub olub.
Aut.az xəbər verir ki, görüşdəki yeganə qol müəllifi 71-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Flavio olub.
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo matçın sonlarında komandasını məğlubiyyət xilas etmək şansı qazanıb. O, matçın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə penaltini qola çevirə bilməyib.
Bu məğluiyyət sayəsində Ər-Riyad klubu kubokdakı çıxını başa vurub.
Aut.az
https://www.youtube.com/watch?v=a-hCKmyWCLc
