Dünya futbolu

PSJ-də gərginlik: Ulduz futbolçu Enrikedən nə tələb edir?

PSJ-nin hücumçusu Usman Dembele və onun ətrafı əsas heyətdə kifayət qədər şans verilməməsi səbəbindən baş məşqçi Luis Enrike və məşqçilər korpusu ilə fikir ayrılığı yaşayır.

Aut.az xəbər verir ki, 2025-ci ilin “Qızıl top” mükafatının sahibi olan fransalı futbolçu bu mövsüm zədələrlə üzləşib və ötən mövsümdəki formasını təkrarlamaqda çətinlik çəkir.

Baldır əzələsindən aldığı zədədən sonra meydana əsasən əvəzedici kimi çıxan Dembele, “Mets”lə oyunu isə xəstəlik səbəbindən buraxıb. O, mövsümün əvvəlində “Flamenqo”ya qarşı keçirilən Qitələrarası Kubokun finalında da ehtiyat oyunçular skamyasından meydana daxil olub və həmin görüşdə də çətinlikləri açıq şəkildə hiss olunub.

Bildirilir ki, Dembele oyun ritmini və formasını bərpa etmək üçün daha çox start heyətində yer almaq istəyir. Məşqçilər korpusu isə futbolçunun hələ də tam fiziki hazırlıq səviyyəsinə çatmadığını düşünür.

Aut.az