Dünya cempionatı

İranlı hakerlər FTB dronlarını sındırdılar və hədələdilər: DÇ-yə hücum olacaq

İranla əlaqəli “Handala” haker qrupu FTB dronlarını sındırdığını və Dünya Kubokunu təhdid etdiyini bildirib.

Aut.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Bəyanatda deyilir ki, komanda Federal Təhqiqat Bürosunun FPV dronları tərəfindən “bir neçə ay ərzində çəkilmiş bütün şəkillərə və bütün şübhəlilərə” çıxış əldə edib. Bəyanatda həmçinin FBR-in terrorizmə qarşı mübarizə səylərinin bir hissəsi olaraq yerləşdirilən üz tanıma və nömrə nişanı tanıma sistemlərindən istifadə etdiyi iddia edilib.

“Dünya Kubokunda təhlükəsizliyi gücləndirsəniz yaxşı olar, biz bu komandaların bəzilərindən məmnun deyilik. Unutmayın: FTB dronları hər yerdədir. Heç vaxt bilmirsiniz ki, onlardan biri komandanızın avtobusunun yanında peyda ola bilər”, – haker qrupunun bəyanatında deyilir.

Aut.az