“Trabzonspor”la “Zenit” hər şeyi razılaşdırdı, qaldı…
“Zenit” və “Trabzonspor” hücumçu Felipe Auqustonun transferinin demək olar ki, bütün şərtləri ilə bağlı razılığa gəliblər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Yunus Emre Sel “X” sosial media səhifəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, Sankt-Peterburq klubu 22 yaşlı hücumçu tətildən qayıtdıqdan sonra müqavilənin son detallarını dəqiqləşdirmək və transferi başa çatdırmaq istəyir.
Daha əvvəl media “Zenit”in “Trabzonspor”a 22 milyon avro ödəyəcəyini, bunun 17 milyon avrosunun sabit məbləğ, daha 5 milyon avrosunun isə bonuslar olacağını bildirmişdi.
Auqusto 2025-ci ilin yayından bəri Trabzonsporda oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 40 oyunda meydana çıxıb və 15 qol vurub. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalındakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.
Aut.az
