Dünya çempionatlarının ən yaşlı baş məşqçisi oldu
2026-cı il dünya çempionatının qrup mərhələsi çərçivəsində Cənubi Koreya və Çexiya milliləri arasında oyun keçirilib. Qarşılaşmada Asiya təmsilçsii qələbə qazanıb – 2:1.
Aut.az xəbər verir ki, Matçın keçirildiyi gün Çexiya millisinin baş məşqçisi Miroslav Koubekin 74 yaşı 283 günü tamam olub. Bununla da o, dünya çempionatları tarixinin ən yaşlı baş məşqçisi rekorduna sahib çıxıb.
Koubek bu göstəricidə Cənubi Afrika Respublikasının baş məşqçisi Huqo Bossu geridə qoyub. Boss daha əvvəl Meksika ilə oyunda (0:2) 74 yaş 62 günlük rekorda imza atmışdı.
Aut.az
