Dünya futbolu

Yeni klubu rəsmən açıqlandı

Hücumçu Meyson Qrinvud “Mançester Yunayted”dən Marselə keçib.

Aut.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Qrinvud 10 nömrəli forma geyinəcək. 22 yaşlı ingilislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Qrinvud “Mançester Yunayted”in yetirməsidir və komandada 129 oyun keçirib, 35 qol vurub və 12 məhsuldar ötürmə edib. Ötən mövsüm o, icarə əsasında “Xetafe”də çıxış edib.

Aut.az