Çempionlar Liqası matçında raketlər havada uçuşdu
İranın “Sepahan” komandası ilə Tacikistanın “İstiklol Düşənbə” komandaları arasında AFC Çempionlar Liqasının ikinci tur matçında maraqlı hadisə yaşanıb.
Aut.az “TYC Sports”a istinadən xəbər verir ki, azarkeşlər İranın İsrailə raket hücumunu lentə alıb
Qeyd edilir ki, oyun zamanı tamaşaçıların diqqəti stadionun üzərindən uçan raketlərə yönəlib. Oyunun ortasında səmada raketlər görünsə də, insident zamanı xəsarət alan olmayıb. Görüş İran komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, İran İsrailə 180-ə yaxın ballistik raket atıb.
Aut.az
