Dünya futbolu

Levandovski qayıdır: Şərtsiz

Robert Levandovski Polşa millisinə qayıdacaq.

Aut.az xəbər verir ki, cümə axşamı Yan Urban Robert Levandovski ilə münaqişəsi olan Mixal Probeji Polşa millisinin baş məşqçi postunda əvəzləyib.

Yada salaq ki, “Barselona”nın forvardı kapitan sarğısı alındıqdan sonra məşqçiyə “etimadın itməsi” səbəbindən millidə oynamamaq qərarına gəlib. Probej daha sonra istefa verdi.

“Goal.pl” saytının məlumatına görə, Levandovski heç bir şərt olmadan milliyə qayıtmağa hazırdır. Kapitan məsələsi ayrıca müzakirə olunacaq, lakin Robertin qayıdışı kapitan sarğısından asılı olmayacaq.

Aut.az