Dünyanın ən gözəl qadın futbolçusu klubunu dəyişdi
İdmanının ən gözəl nümayəndələrindən sayılan xorvatiyalı futbolçu Ana Mariya Markoviç klubunu dəyişib.
Aut.az xəbər verir ki, o, “Damaiense”nin futbolçusu olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2024/25 mövsümünün sonuna qədər əməkdaşlıq etmək barədə razılığa gəliblər. O, bir neçə gün əvvəl “Braqa”dan ayrılıb.
Bundan əvvəl isə Ana, 4 il İsveçrədə “Qrasshopper”də oynayıb. Bundan əvvəl isə Sürixin gənclər komandasında olub.
Aut.az

