Dünya futbolu

Avropada yeni bombardir var: Yaponiyadan gəlib – FOTO

“Feyenoord”un yaponiyalı hücumçusu Ayase Ueda səssizcə Avropadakı qol yarışında liderliyi ələ keçirib.

Aut.az xəbər verir ki, onun komandası “Zvolle”ni 6:1 hesabı ilə darmadağın edib və hücumçu dörd qol vurub. İndi onun 15 liqa matçında 18 qolu var.

Ueda bombardirlər yarışında Bundesliqada 13 oyunda 17 qolu olan Harri Keyni qabaqlayıb. “Real Madrid”dən Kilian Mbappe (16 qol), “Mançester Siti”dən Erlinq Haaland (15 qol) sonrakı pillələrdə qərarlaşıblar.

Aut.az

Avropada yeni bombardir var: Yaponiyadan gəlib – FOTO