Dünya futbolu

Saunadan sonra: Ronaldo fiziki görkəmini nümayiş etdirdi – FOTO

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo hazırkı fiziki vəziyyətini əks etdirən foto paylaşıb.

Aut.az xəbər verir ki, Ronaldo sosial mediada fotoya “Saunadan sonra” şərhini yazıb.

Səudiyyə Ərəbistanı Premyer Liqasının cari mövsümündə 40 yaşlı Kriştiano Ronaldo doqquz oyunda iştirak edib, 10 qol vurub və bir məhsuldar ötürmə edib.

Hücumçu həmçinin Səudiyyə Ərəbistanı Super Kubokunda iki oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Aut.az

Saunadan sonra: Ronaldo fiziki görkəmini nümayiş etdirdi – FOTO