Şok iddia: Argentinanın qələbəsi əvvəlcədən planlaşdırılmışdı
Niderland yığmasının sabiq baş məşqçisi Lui van Qal Argentinanın DÇ-2022-də qazandığı qələbənin ədalətli olmasını şübhə altına alıb.
“Argentinanın necə qol vurduğunu və bizim necə vurduğumuzu görəndə suallar yaranır. Bəzi argentinalı futbolçuların yolverilməz davrandığını və buna görə cəzalandırılmadığını anlayanda da suallar da yaranır.
Düşünürəm ki, komandalarımızın qarşılaşmasının nəticəsi əvvəlcədən müəyyənləşmişdi. Messi dünya çempionu olmalı idi? Bəli”, – van Qaal “Mundo Deportivo”ya açıqlamasında bildirib.
Xatırladaq ki, DÇ-2022-də Niderland Argentina millisi ilə 1/4 finalda qarşılaşmışdı. Oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatmış, oyunsonrası penaltilər seriyasında isə Argentina üstün olmuşdu.
Aut.az
