Coşqun Diniyev baş məşqçisiz qaldı
Azərbaycan yığmasının üzvü Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor”un baş məşqçisi Mustafa Er istefa verib.
Aut.az xəbər verir ki, o, komandanın uğursuz nəticələrindən sonra postundan göndərilib. Son turda “Bodrumspor”a 0:4 hesabı ilə uduzan ümraniyəlilərin çalışdırıcısı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Mustafa Er ötən mövsüm “Ümraniyespor” Türkiyə Superliqasında çıxış edərkən bu posta gətirilmişdi. Mövsümün bitməsinə 7 tur qalmış baş məşqçi təyin olunsa da, komanda əsas liqada yerini qoruya bilməmişdi.
Xatırladaq ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev bu yay “Ümraniyespor”a keçib.
“Ümraniyespor” hazırda 2 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
