Dünya futbolu

Fransa millisində Dembele müəmması

Fransa yığmasının hücumçusu Usman Dembelenin Millətlər Liqasının Almaniyaya qarşı üçüncü yer uğrunda oyununu buraxmaq ehtimalı var.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

28 yaşlı futbolçu İspaniyaya qarşı keçirilən oyunun (4:5) 76-cı dəqiqəsində əvəzlənib. Buna səbəb sol budunun ön əzələsində (kvadriseps) yüngül gərginlik hiss etməsi olub. Onun Almaniya ilə görüşdə iştirak edib-etməyəcəyi bazar günü bəlli olacaq.

Fransa – Almaniya oyunu 8 iyun, bazar günü baş tutacaq. Görüşün start fiti Bakı  vaxtı ilə saat 17:00-da çalınacaq.

Aut.az