Dünya cempionatıDünya futbolu

DÇ-2026 önncəsi Braziliyada Neymar üçün görün nə etdilər: Möhtəşəm jest – VİDEO

2026-cı il dünya çempionatının startı ərəfəsində Braziliyada millinin ulduz futbolçusu Neymara həsr olunmuş nəhəng sənət layihəsi hazırlanıb.

Aut.az xəbər verir ki, Novo Hamburqo şəhərində yerli rəssamlar adi avtomobil yol ayrıcını böyük bir rəsm əsərinə çeviriblər. Bir neçə həftə davam edən işlərin ardından yolun üzərində təxminən 200 kvadratmetr sahəni əhatə edən Neymar portreti yaradılıb.

Quş uçuşu yüksəkliyindən baxdıqda sənət əsəri xüsusi diqqət çəkir. Asfalt üzərində Braziliya millisinin liderinin siması parlaq rənglərlə, futbol elementləri və milli motivlərdən istifadə olunaraq təsvir edilib.

Qeyd edək ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti son illərdə tez-tez zədələrlə üzləşməsinə baxmayaraq Neymarı 2026-cı il dünya çempionatının yekun heyətinə daxil edib.

Aut.az