Əfsanədən həyatı ilə bağlı şok açıqlama verdi
“Çelsi”nin qapıçısı Petr Çex 26 illik evlilikdən sonra həyat yoldaşı Martina ilə boşandığını açıqlayıb.
Aut.az xəbər verir ki, o, keçmiş həyat yoldaşı ilə 1999-cu ildə tanış olub, dörd il sonra isə onlar ailə qurublar. Cütlüyün 17 yaşlı qızları Adela və 16 yaşlı oğulları Damian var.
Qapıçı bununla bağlı sosial şəbəkədə yazıb: “Biz Martina ilə kədərlə bildiririk ki, 26 illik birgə həyatımızdan sonra ayrılırıq. Biz ən yaxşı dost olaraq qalırıq və iki gözəl övladımızla fəxr edirik”.
Qeyd edək ki, Çex “Xmel”, “Sparta”, “Renn”, “Çelsi” və “Arsenal” kimi klublarının heyətində çıxış edib.
Aut.az
