Dünya futbolu

Rəsmən açıqlandı: Monstr qayıtdı

“Fluminense” Tiaqo Silva ilə müqavilə imzaladığını elan edib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu ilə iyulun 1-də başlayacaq 2 illik müqavilə imzalanıb. “Üçrənglilər”in internet saytında bu barədə xəbərin başlığında deyilir: “Monstr geri döndü!”

Silva “Fluminense”nin yetirməsidir. Braziliyalı 2006-2009-cu illərdə komandada çıxış edib.

Müdafiəçinin əvvəlki klubu 2020-ci ildən bu yana forma geyindiyi “Çelsi” olub. Silva karyerasında “Porto”, “Dinamo Moskva”, “Milan” və PSJ-də də çıxış edib.

Aut.az