İtaliya

Fabreqasın planı bəlli oldu: Braziliyalı dueti yaradır

Sesk Fabreqasın məşqçisi olduğu İtaliyanın “Komo” klubu yay transfer pəncərəsi dövründə heyətini gücləndirmək niyyətindədir, çünki komanda gələn mövsüm tarixində ilk dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək.

Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun sosial media hesabındakı məlumatına görə, klub heyətini gücləndirmək üçün iki oyunçunu hədəfləyir.

Fabreqas, “Kruzeyro”nun müdafiəçiləri Kaiki və “Borussiya Dortmund”un müdafiəçisi Yan Koutonu transfer etməklə braziliyalı duet yaratmağı planlaşdırır.

Kaikinin transfer qiymətinin 14 milyon avro, Koutonun isə 17 milyon avro olacağı gözlənilir.

Sesk Fabreqas 19 iyul 2024-cü ildə “Komo”nun baş məşqçisi təyin edilib.  O, klubla 2028-ci ilin iyun ayına qədər dörd illik uzunmüddətli müqavilə imzalayıb.

Aut.az